Onkoloji müalicə yanaşmaları
Müasir onkologiyada müalicə yalnız bir üsulla məhdudlaşmır. Kimyaterapiya, immunoterapiya, hədəfli terapiya və hormonal terapiya ayrılıqda və ya birlikdə tətbiq oluna bilər.
Hansı yanaşmanın uyğun olduğu şişin növü, histoloji və molekulyar xüsusiyyətləri, xəstəliyin mərhələsi, əvvəlki müalicələr və pasiyentin ümumi vəziyyəti əsasında müəyyən edilir. Bu bölmədə heç bir konkret preparat, doza və ya sxem tövsiyəsi verilmir.
Kimyaterapiya
Sürətlə bölünən hüceyrələrə təsir edən sistem müalicəsi. Nə vaxt təyin olunur, necə aparılır, yan təsirləri necə idarə edilir.
Ətraflıİmmunoterapiya
Şişə birbaşa deyil, immun sisteminə təsir edən müalicə. Uyğunluq hansı testlərlə müəyyən edilir.
ƏtraflıHədəfli terapiya
Şişin konkret molekulyar “hədəfinə” yönəlmiş müalicə. Yalnız həmin hədəf mövcud olduqda işləyir — buna görə test olmadan təyin edilmir. Kimyaterapiyadan fərqli yan təsir profilinə malikdir; zamanla müqavimət inkişaf edə bildiyi üçün nəzarət vacibdir.
Hormonal terapiya
Hormon reseptorları müsbət olan şişlərdə tətbiq olunan sistem müalicəsi. Uzunmüddətli qəbul tələb edə bilər və ayrıca izləmə cədvəlinə malikdir.
Molekulyar və genetik testlər
İki fərqli anlayışı ayırmaq lazımdır: şiş toxumasının molekulyar testi (müalicə seçimi üçün) və irsi genetik test (ailəvi risk üçün). Molekulyar test hədəfli terapiya və immunoterapiya seçimini müəyyən edir. İrsi genetik dəyişikliyin aşkarlanması hökm deyil — o, riskin əvvəlcədən qiymətləndirilməsinə və nəzarətin gücləndirilməsinə imkan verir.
Müalicəyə cavabın qiymətləndirilməsi
Seçilmiş üsuldan asılı olmayaraq nəticə obyektiv ölçülməlidir: nəzarət müayinələrinin müqayisəsi və laborator dinamika.
ƏtraflıSizə hansı yanaşma uyğundur?
Bu sual yalnız diaqnoz, molekulyar göstəricilər və ümumi vəziyyət qiymətləndirildikdən sonra cavablandırıla bilər.