Xidmətlər
Aşağıdakı xidmətlər onkoloji xəstəliklərin dərman müalicəsi çərçivəsində təqdim olunur. Hər müraciət diaqnozun və mövcud sənədlərin qiymətləndirilməsi ilə başlayır.
Onkoloji konsultasiya
Mövcud diaqnozun, müayinə nəticələrinin və klinik vəziyyətin qiymətləndirilməsi. Çatışmayan müayinələrin müəyyən edilməsi və növbəti addımların planlaşdırılması.
Ətraflı 2Müalicə planının fərdi hazırlanması
Hansı preparatların, hansı ardıcıllıqla və neçə kurs tətbiq olunacağını, nəticənin nə vaxt yoxlanılacağını müəyyən edən plan.
Ətraflı 3Müalicəyə cavabın qiymətləndirilməsi
Müalicədən əvvəl və sonra aparılmış görüntüləmə müayinələrinin müqayisəli oxunuşu və dinamik nəzarət.
Ətraflı 4İkinci tibbi rəy
Qoyulmuş diaqnozun və təklif olunan müalicə planının müstəqil qiymətləndirilməsi.
ƏtraflıQəbula hazırlıq
Qəbulun mümkün qədər faydalı keçməsi üçün özünüzlə gətirin:
- Biopsiya və histologiya cavabı, mümkünsə immunohistokimya nəticəsi
- KT, MRT, PET-KT təsvirləri — disk və ya elektron formada, yalnız rəy deyil, təsvirlərin özü
- Əməliyyat protokolu (əməliyyat olunubsa)
- Əvvəlki müalicə sxemləri: preparatların adları, dozalar, kurs sayı, tarixlər
- Son 1–2 həftənin qan analizləri
- Xəstəxana çıxarışları və epikrizlər
- Daimi qəbul etdiyiniz dərmanların və qida əlavələrinin siyahısı
Diaqnoz və müalicə yalnız qəbulda müəyyən edilir. Telefon, WhatsApp və sosial şəbəkə mesajları vasitəsilə diaqnoz qoyulmur, müalicə təyin edilmir və mövcud müalicə dəyişdirilmir.
Qəbula yazılın
Qəbula yazılmaq və ya müayinə nəticələrinizin qiymətləndirilməsi üçün əlaqə saxlaya bilərsiniz.